Baş Energetik (110 Kv Y/S)

İşin təsviri

Qaradağ rayonunda yerləşən şirkət Baş Energetik (110 Kv Y/S) vəzifəsi üzrə vakansiya elan edir.

Əmək Funksiyaları:

- Fabrikin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
- Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən fabrikin enerji təsərrüfatını təmin etmək;
- Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının əsaslı təmirini təmin etmək;
- Fabrikdə elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə titul siyahılarını tərtib etmək;
- Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar maliyyə sənədləri hazırlayıb rəsmiləşdirmək;
- Tabeliyində olan sex və şöbələrə nəzarətin edilməsi.
- Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək;
- Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.
- Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
- Fabrikdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
- Baş energetikə tabe olan işçinin vəzifə təlimatını, fabrikin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlayıb təsdiq etmək.
- Hər ay t/t vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan rəhbərlər ilə müşavirələr keçirmək.
- Fabrik üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin və istehlak planlarının və balanslarının plan şöbəsi ilə birlikdə hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;

Bilməlidir:

- Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
- Müəssisənin spesifik xüsusiyyətlərini, enerji təsərrüfatını, onun inkişaf perspektivlərini;
- Nəzarət orqanlarının (Döv. Şəh. Texnəzarət, enerjinəzarəti) və yuxarı təşkilatların göstəricilərini;
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını.
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Əmək Haqqı: 750-1000 AZN (net)
Nəqliyyat təmin edilir

Maraqlananlar CV-lərini mövzu yerində vakansiyanın adını “Baş Energetik” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 28.09.2018