Satış təmsilçisi

  • Likon
  • Elanın qoyulma tarixi: 05.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LIKON” şirkəti Azərbaycan bazarında 2014-cü ildə yaranmışdır. Şirkət korporativ xidmət və mobil marketinq sahəsində öz adını daha da möhkəmləndirmək, yeni uğurlara nail olmaq üçün daim çalışmaqdadır. Şirkətin nailiyyətlərindən biri, Azərbaycan bazarının aparıcı mobil operatorlarından olan «Bakcell» ilə tərəfdaşlığıdır.

LİKON şirkəti  Mobil & Rəqəmsal Marketinq, Biznes Kommunikasiyaları, Proqram Təminatı & Texniki Dəstək, İnteraktiv və Virtual Xidmətlər kimi bir çox sahədə yüksək ixtisaslı kadrlarla xidmət göstərir.

Daha ətraflı məlumat üçün www.likon.az səhifəsinə daxil ola bilərsiniz.

Vəzifə: Satış təmsilçisi

Vəzifə öhdəlikləri:

• Yeni müştərinin cəlb olunması
• Məhsul haqqıda düzgün informasiya verilməsi
• Satış üzrə hədəflərə çatmaq
• Görülən iş haqqında şöbə rəhbərə hesabatların təqdim olunması
• Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar

Məşğulluq: Tam

İş şəraiti:

• İş saatı: 09-00-dan 18-00-dək;
• İstirahət: Bazar günü.
• Telefon danışıqları və yol xərcləri şirkət tərəfindən qarşılanır.
• Ofis daxili iş deyil

Əmək haqqı: 400 azn+ Bonus

Tələb olunan:

• Ali təhsil
• Ən azı 1  il satış təcrübəsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə namizədliyə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;