Hüquq və Subroqasiya Departamentinin Mütəxəssisi (Hüquqşünas)

  • Insurance Company
  • Elanın qoyulma tarixi: 29.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquq və Subroqasiya Departamentinin Mütəxəssisi (Hüquqşünas) 

Vəzifə təlimatı
 
 Şirkətə aid bütün sənədlərin hüquqi ekspertizası (daxili hüquqi akt, müqavilə, yazışma və s.);
 Hüquqi məsələlərə dair bütün strukturların və onların əməkdaşlarının konsaltinqi;
 Qanunvericiliyin və ona dəyişikliklərin monitorinqi, aidiyyəti strukturların bu dəyişikliklər barədə məlumatlandırılması;
 Hüquqi uyğunluğa ümumi nəzarət, struktur bölmələrin hüquqi uyğunluğunun qiymətləndirilməsi, məsləhətlərin verilməsi
 Hüquqi risklərin qiymətləndirilməsi, hüquqi rəylərin tərtib olunması;
 Sənədləşmə sisteminin optimallaşdırılması;
 Sığorta işlərinə baxılmasında hüquqi məsələlərə dair məsləhət və hüquqi yardım, standart və fərdi yazışmaların layihələrinin hazırlanması;
 Şirkətin mənafelərinin məhkəmələrdə, istintaq və digər dövlət orqanlarında, kommersiya və digər təşkilatlarla münasibətlərdə təmsil olunması;
 Məhkəmə işləri üzrə sənədlərin (iddia ərizələrinin, şikayətlərin, etirazların, vəsatətlərin, ərizələrin və s.) və digər yazılı sənədlərin hazırlanması;
 Departament qarşısında qoyulmuş məsələlərin həlli;
 Departament tərəfindən görülmüş işlərin uçotu, təhlili və hesabatların hazırlanması;

Vəzifəyə dair tələblər

1. Ali hüquqi təhsil;
2. İş təcrübəsi – hüquq sahəsində 1 il;
3. İT bilgiləri: MS Windows, MS Office;
4. Məhkəmə işlərinin və korporativ hüquqi icraatın aparılması üzrə bilgilər və təcrübə.
5. Xarici dillər: rus və ingilis dillərini bilməsinə üstünlük verilir.

Interested Candidates please send your CV to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.