Tender Mütəxəssisi

  • Elanın qoyulma tarixi: 27.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tikinti şirkətinə Tender Mütəxəssisi tələb olunur

Tələblər :

•  Tikinti sahəsində 3 - 5 ildən artıq  iş təcrübəsi
•  Satınalmanın müxtəlif növlərində (auksionlar, tenderlər, qiymətlər / təkliflər üçün tələblər və s.) aktiv fəaliyyət təcrübəsi
•  Ali təhsil
•  Yaş həddi 35 yaşadək
•  Yalnız kişi namizədlər
•  İstehsalatın texnologiyasını,təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunandır.

Vəzifə öhdəlikləri

•  Hədəf alınmış satınalmanın  monitorinqi, təhlili və işlənməsi
•  Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
•  Satınalmanın bütün mərhələlərinin icrası ( müraciətə daxil olan sənədlərin hazırlanması, müqavilələrin bağlanması və müraciətin verilməsi) 
•  Satınalmanın keçirilmə müddətinin nəzarətdə saxlanılması
•  Müqavilələrin icrası üçün sənədlərin hazırlanması
•  Satınalmada iştirak etmək üçün müvafiq  rəsmi sənədlərin tam və aktual formada hazır olunub saxlanılması
•  Satınalmanın təşkilatçıları və təmsilçiləri ilə yazışmaların və danışıqların aparılması
•  Satınalma prosesində iştirak etmək üçün tələb olunan sənədlərin və məlumatların əldə edilməsi üçün şirkətin digər əməkdaşlarıyla əlaqə saxlanılması.
 

Əmək haqqı müsahibə əsnasında təyin ediləcək.
Uyğun olan namizədlər [email protected]  ünvanına göndərməyiniz xahiş olunur.