Hündürlükdə mühəndis

İşin təsviri

Hündürlükdə mühəndis

Namizədə dair tələblər:

- Müvafiq sahədə ali təhsil (Mühəndis)
- Metal konstruksiyalara aid nəzəri və praktiki anlayışın olması;
- Hündürlükdə işləmək bacarığı (MÜTLƏQDIR) ;
- Bu sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarını (Word, Excel və digər ofis programlarını) əla bilmək, İnternet və email ilə işləmə qabiliyyəti;
- Ünsiyyət və analitik düşünmə, qrup daxilində işləmək bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi;
- Bilavasitə rəhbərin və digər xidməti tapşırıqlarını yerinə yetirmək;
- Kişi namizəd;
- Yaş Həddi - 25 – 40;

Vəzifələr:

- İşçi cizimlərdən ibarət olan  layihə paketinin düzgün təhlili və icra edilməsi;
- Layihələrin tam təhlükəsiz və tikinti normalarına uyğun yerinə yetirilməsi və təhvil verilməsi
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- Sifarişçiyə və şirkət rəhbərliyinə işə dair gündəlik raportların tərtib edilib, təqdim edilməsi

İş haqqında məlumat:

- İş yeri: Şirkətin mərkəzi ofisi və istehsalat sahəsi Sumqayıt şəhərində yerləşməkdədir. Namizədin əsas iş yeri daha çox Bakı şəhərində olacaqdır.
- İş : 120 metrlik karkas qülləli tüstü borusunun təmirindən ibarətdir.
- İş saatı: 08:00 – 18:00
- İstirahət günü: Bazar günü
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 700 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına mövzu hissəsinə vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur.