İşə qəbul üzrə menecer
Vəzifə və öhdəliklər:
• Şirkətin işçi ehtiyacını müəyyən etmək;
• İşgücü planlaşdırılması prosesinin effektiv işlənməsi və idarə edilməsi;
• Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət etmək;
• İşəqəbul hazırlıqlarının və müsahibə vaxtlarının idarə edilməsi;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• İşə qəbul prosedurlarının daim yenilənməsi üçün təkliflərin hazırlanması;
• Yenilənmiş namizədlər bazasının təmin edilməsi;
• Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili, müsahibə nəticələri barədə namizədlərin uyğun kanallar vasitəsi ilə məlumatlarndırılması proseslərinə kompleks şəkildə nəzarət və bunlarla bağlı periodik hesabatların hazırlanması;
• İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
• Testləşdirmə, psixoloji dəyərləndirmə, müsahibə, funksional rəhbər ilə görüşlərin və prosesin idarə olunması;
• Gələcək işəgötürmə ehtiyaclarını proqnozlaşdırması üçün struktur rəhbərləri ilə əlaqələrin gücləndirilməsi;
• Müxtəlif işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;
• İşəqəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
• İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsini təmin etmək;
• İlkin işəqəbul müsahibələri ilə bağlı funksional rəhbərlərdən gələn rəylərin analiz olunması;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılmasını təmin etmək;
• Adaptasiya prosesini və sınaq müddəti prosseslərinin idarə olunması;
Namizədə qarşı tələblər:
• İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməli; (ingilis dili arzu olunandır)
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Məsulliyyət, düzgünlük, dəqiqlik, çeviklik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı.
Şərtlər və Əlavə məlumatlar:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Sağlamlıq sığortası;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.