Trade Marketinq üzrə mütəxəssis (Pərakəndə bazarı üzrə)

İşin təsviri

Vəzifənin adı: Trade Marketinq üzrə mütəxəssis (Pərakəndə bazarı üzrə)

Vəzifə öhdəlikləri:

• Bazarın tələblərinin öyrənilməsi, rəqiblərin məhsul və xidmətlərinin tədqiq olunaraq analitik rəylərin hesabat formasında hazırlanaraq təqdim edilməsi;
• Müəssisənin mövcud marketinq kampaniyalarını daima nəzarətdə saxlanılması və kampaniyaların gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabatların təqdim edilməsi;
• Pərakəndə sektor üçün kampaniyalarla bağlı təklfilərin verilməsi, hazırlanılması və nəzarət edilməsi;
• Qoyulmuş hədəflər və görülmüş işlərbarədə mütamadi olaraq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Müştərilərdən gələn sorğuları operativ şəkildə cavablandırılması;
• Satış nöqtələrinə, mağazalara və reklam işlərinə nəzarət edilməsi və bu reklamların hesabatının aparılması;
• Marketinq planlarının və təkliflərinin hazırlanmasına, vəzifə təlimatına, əmək intizamı qaydalarına və rəhbərlik tərəfindən müvafiq tapşırıqların icrasına nəzarət edilməsi;
• Müştərilərlə qarşılıqlı əlaqənin yaradılması, məlumat mübadiləsinin aparılması.

Təhsil/Təcrübə

• Ali təhsil (Marketinq sahəsində  təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Pərakəndə sektorda iş təcrübəsi mütləqdir);
• Bazar araşdırması və analitika bacarığına malik olmalı;
• Azərbaycan və Rus dillərində sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dili arzu olunandır);
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Power Point Vasitəsilə mükəmməl hesabat formalarının hazırlanması və təqdimat etmə bacarığına malik olmalı;
• Səlis nitq qabiliyyətinə malik olmalı;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  [email protected]