İctimaiyyət ilə əlaqələr üzrə menecer, Brendinq Departamenti

İşin təsviri

Vəzifənin adı: İctimaiyyət ilə əlaqələr üzrə menecer, Brendinq Departamenti

Vəzifə öhdəlikləri:

• Müəssisənin PR-strategiyasının həyata keçirilməsi;
• KİV-lə əlaqələrin quruluması, lazımi məlumatların KİV-ə təqdim olunması;
• Rəsmi məlumatların hazırlanmasında iştirak və nəzarət (press-relizlər, daxili və xarici informasiya bülletenləri, reklam mətnləri, sayt üçün materiallar və s.);
• Verilən məlumatlara əsasən müstəqil şəkildə şirkətin fəaliyyəti və müəssisənin məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlər, məqalələr yazmaq və müxtəlif dillərə tərcümə etmək;
• Qurumun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi;
• Böhran vəziyyətlərdə kommunikasiyaların idarə edilməsi;
• Mətbuat tədbirlərinin təşkili (mətbuat-konfransı, müsahibə);
• Media nümayəndələri ilə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlən təşkili (görüşlər, müsabiqələr, press-turlar, seminarlar və s.);
• Korporativ Sosial layihələrinin həyata keçirilməsində iştirak edilməsi;
• Müəssisədaxili korporativ əlaqələrin idarəedilməsi;
• Müəssisə haqqında yayımlanan məlumatların monitorinqi və qimətləndirilməsi.

Tələblər

• Ali təhsil (Jurnalistika və ya Marketinq sahəsində təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Bazar araşdırması və analitika bacarığına malik olmalı;
• Azərbaycan və Rus dillərində sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dili arzu olunandır);
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Yüksək kommunikasiya və təqdim etmə bacarığına malik olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Məxfilik, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və bazarda baş verən proseslərə zamanında adekvat reaksiya verə bilmək bacarıqları olmalı.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  [email protected]