“Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis”
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
- İş zamanı zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- Struktur bölmələrində, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
- Təlimatların işlənib hazırlanmasını təmin etməlidir;
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir;
Tələblər:
- Ali təhsilli
- Bu sahədə -2-4 il iş təcrübəsi olmalıdır;
- Vəzifə üzrə müvafiq sertifikatlar olmalıdır;
- Microsoft Office proqramlarını yaxşı bilməlidir;
- Sürücülük vəsiqəsi və maşın olmalıdır;
Əlavə məlumat:
İş qrafiki: 5 günlük , 09.00-18.00
Ezamiyyət zamanı xərclərin qarşılanması;
Əmək məcəlləsinə əsasən rəsmiləşmə;
Əmək haqqı namizədlə görüş zamanı bildiriləcək.
Maraqlanan şəxslər CV-lərini mövzu yerində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis” qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.