Təhlükəsizlik sistemləri üzrə quraşdırıcı (Sumqayıt)
Vəzifə öhdəlikləri:
- Kabel-montaj işlərini yerinə yetirmək
- Təhlükəsizlik kameralarının quraşdırılması (analoq, İP), DVR, NVR-ın quraşdırlması və sazlanması
- Şəbəkə kabellərinin çəkilişi, patch panel və server şkaflarına montajı
- Yanğın siqnalizasiyası avadanlıqlarının quraşdırılması və s.
Tələblər:
- Yaş həddi: 23 – 35 yaş
- Kabel – montaj işlərini yerinə yetirmək bacarığı
- Siqnalizasiya sistemlərinin quraşdırılma və təmir etmə bacarığı
- Alçaq gərginlikli elektrik avadanlıqlarında işləmək bacarığı
- Yanğın siqnalizasiyası vasitələri haqqında ümumi biliklərə malik olmalı
- CCTV (təhlükəsizlik kameraları) haqqında ümumi biliyə malik olmalı
- CCTV (təhlükəsizlik kameraları) sisteminin çəkilişi və quraşdırlıması
- Müxtəlif montaj alətlərilə işləmə bacarığı olmalı
- Təmkinlik, etibarlılıq, dəqiqlik, komandada işləmə bacarığı olmalı
- AR daxili rayon və şəhərlərə mütəmadi ezamiyyələrə hazır olmalı
İş şəraiti:
- İş yeri Sumqayıt şəhərində yerləşir.
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər.
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır.
Əmək haqqı 400-500 AZN
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır