Satış və Marketinq Departamentinin Müdiri

İşin təsviri

“Kaspi” Təhsil Şirkəti Satış və Marketinq Departamentinin Müdiri vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

• Ali təhsil (Xaricdə təhsil arzuolunandır);
• Müvafiq sahə üzrə 5 illik iş təcrübəsi;
• Rəhbər vəzifələrdə 2 illik iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili üzrə biliklər arzuolunandır);
• Təşkilati və analitik bacarıqlar;
• Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları;
• Müvafiq kompyuter proqramlarından istifadə bacarığı.

Əsas vəzifə öhdəlikləri:

• Satış və Marketinq Departamenti ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
• Satış və Marketinq Departamentinin əməkdaşlarının fəaliyyətini idarə etmək və effektiv şəkildə həyata keçirilməsinə nəzarət etmək.
• Departamentin illik büdcəsini müəyyənləşdirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək, büdcənin planlaşdırılmış qaydada istifadəsinə nəzarət etmək.
• Marketinq araşdırmalarının və rəqabət strategiyalarının hazırlanmasını təşkil etmək.
• Brendinq siyasətini aparmaq, brend təşəbbüslərini hazırlayıb rəhbərliyə təqdim etmək.
• Şirkətin mövqeyini gücləndirmək məqsədi ilə PR kampaniyalarını təşkil və idarə etmək, onları ölçmək və qiymətləndirmək.
• Seqment fəaliyyəti planlarının işlənib hazırlanması üçün təklif və istiqamət vermək.
• Reklam kanallarının araşdırılmasını və effektiv idarə olunmasını təmin etmək.
• Mətbuat, biznes tərəfdaşları və müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini təmin etmək.
• Yeni layihələr və yeni məhsullarla bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
• Aylıq, rüblük və illik satış hədəflərini müəyyənləşdirmək, onların həyata keçirilməsini təmin etmək və izləmək.
• Hər hansı həvəsləndirici satış proqramlarını araşdırmaq, tətbiq etmək və idarə etmək.
• Satış və marketinq tədbirlərində iştirak etmək və tələb olunduğu halda Şirkəti təmsil etmək.
• Şirkətin dizayn məhsullarının hazırlanması prosesini idarə etmək və nəzarət etmək.
• Satış və Marketinq Departamentinin fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi (Ünvan: Xocalı pr. 86)
Elan tarixi: 13.08.2018
Son müraciət tarixi: 31.08.2018

• Əgər siz yuxarıda qeyd olunan səriştə və təcrübəyə maliksinizsə və bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, "CV"-nizi emailin mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.