Növbətçi Menecer (Duty Manager)

İşin təsviri

İşə götürən: Baku Boulevard Hotel,  Autograph Collection

Şöbə: İnzibati

Vəzifə: Növbətçi Menecer (Duty Manager)

Son müraciət tarixi:  31.08.2018-ci il

Vəzifə öhdəlikləri (qısa təsvir): 

• Otel əməliyyatlarının problemsiz və effektiv şəkildə icra olunmasına yardım etməklə yanaşı rəhbərlik, qonaqlar və işçilər arasında rabitə vasitəsini təmin etmək.
• İnzibati iş saatları sonrası və qeyri iş günlərində otel idarəetmə komandasını təmsil etmək və otel əməliyyatlarına nəzarəti həyata keçirmək:
- qeydiyyat şöbəsində aparılan əməliyyatlara nəzarət etmək
- qonaqların təkliflərini dinləmək, narazılıq və şikayətlərini həll olunmasını təmin etmək
- mühüm qonaqlar üçün ayrılmış otaqların strandartlara müvafiq qaydada olmasını yoxlamaq, həmin
- qonaqları şəxsən qarşılamaq və otağa müşayət etmək
- işçilərin davranışı, xarici görünüşü və səliqə-sahmanlı olmasına diqqət yetirmək
- təyin olunan dövr üçün hər bir Əməliyyat Şöbəsi üzrə Keyfiyyətin Təminatı ilə bağlı audit yoxlamalarını
həyata keçirmək, aparılan təhlil əsasında təlimə ehtiyacı olan sahələri müəyyən edərək təlimlərin keçirilməsini təmin etmək
- gündəlik olaraq hesabatların təqdim edilməsi təmin etmək
- müvafiq sorğu rəylərindən daim məlumatlı olmalı, tripadvisor, booking.com və s. kimi onlayn səyahət
 agentliklərindən və sosial şəbəkələrdən əldə olunan əldə olunan şərhləri nəzərdən keçirərək müvafiq
   addımların atılmasını təmin etmək
- bütün siyasət, standart və prinsiplərə raiyət edilməsini təmin etmək və s.

Namizədə olan tələblər:

• Ali təhsil
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Otaqlar və(ya) İaşə şöbəsi üzrə ən azı 2 il otel təcrübəsi
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazma və səlis danışıq
• Güclü təhlil etmə bacarığı
• Micros & Opera bilikləri
• Güclü ünsiyyət və İdarəetmə bacarıqları
• Detallara diqqətli və çevik olmalı, təzyiq altında işləmə bacarığı
• Fövqəladə və ya təhlükəsizlik vəziyyətində düzgün reaksiya vermək bacarığı

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Növbətçi Menecer” və ya “Duty Manager” qeyd edərək Avqust ayın 31-dək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com