Help desk (Sumqayıt)

  • Company
  • Elanın qoyulma tarixi: 02.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Help desk (Sumqayıt)

Vəzifə öhdəlikləri:

- İstifadəçi kompüterlərinin avadanlıq təminatının diaqnostikası
- İstifadəçi kompüterlərinin proqram təminatının diaqnostikası
- İstifadəçi kompüterlərinə xidməti proqramların quraşdırılması
- İstifadəçi kompüterlərinin əməliyyat sistemində yaranmış problemlərin aradan qaldırılması, İstifadəçi komputerlərinə əlavə qurğuların (printer, scaner və s.) quraşdırılması
- İstifadəçi komputerlərində itmiş və ya silinmiş faylların bərpası
- Antivirus porqram təminatının  istifadəçi komputerləri və işçi stansiyalarına  yazılması və viruslardan təmizlənməsi
- İT departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması, dəstəyin göstərilməsi
- Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması

Tələblər:

- Müvafiq sahədə ali təhsil (İnformasiya texnologiyaları, kibernetika, kompüter mühəndisliyi və s.)
- Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi
- Yaş həddi: 24 – 30
- Azərbaycan dili səlis, rus və ingilis dili texniki səviyyədə
- Windows 7,8,8.1,10-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi
- Passiv, aktiv şəbəkənin və kompyuterlərlə bağlı başqa avadanlığın montajı
- Kompüter və periferiya avadanlıqlarının (printer, scanner və s.) təmiri və montajı
- Şəbəkə və serverlərin əsaslarına dair nəzəri və praktik biliklər
- Vmware ESXi və Vsphere ilə işləmək bacarığı
- “Help desk” dəstəyin təmin olunması üzrə təlim və ya təcrübənin olması (üstünlük verilir)
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı

İş şəraiti:

- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İş yeri Sumqayıt şəhərində yerləşir
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
- İşçi korporativ nömrə və naharla təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 600-700 AZN

Maraqlananlar öz şəkilli CV formalarını [email protected] ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.