İT mütəxəssis

  • Intend LTD
  • Elanın qoyulma tarixi: 01.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: İT mütəxəssis

Vəzifə  öhdəlikləri:

• Avadanlıqların və İnformasiya Texnologoyası  komponentlərinin  texniki qüsurlarının və çatışmamazlıqlarının aradan qaldırılmasını təmin etmək.
• Əlavə serverin işlək vəziyyətdə saxlamasını təmin etmək.
• Proqram və texniki vasitələrin işlək vəziyyətdə olmasını və işin ahənginin pozulmamasını  təşkil etmək.
• Texniki vasitələrin alınması  üzrə danışıqlar aparmaq və texniki sənədləri hazırlamaq.
• Bütün alınan kompyüter avadanlığının , digər İnformasiya Texnologiyası  komponentlərinin uçotunu  və  nəzarətini təşkil etmək.
• Yeni texnika və avadanlığın, İnformasiya Texnologiyaları  komponentlərinin alınmasını , texnika və avdanlığın quraşdırılmasını təşkil etmək
• İnformasiya Texnologiyaları  üzrə “Help desk” xidmətini təşkil etmək.
• Serverdə sistemi konfiqurlaşdırmaq.
• Fayl-serverlərdə, məlumat bazalarının idarə serverlərində və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək.
• Serverin proqram təminatının işlək səviyyəsini saxlamaq.
• İstifadəçiləri qeyd etmək, identifikator və parolları təyin etmək.
• İstifadəçilərə şəbəkədə işləməyi, arxivlərin aparılmasını öyrətmək;
• Şəbəkə resursların istifadəsinə nəzarət etmək.
• Lokal və qlobal şəbəkəyə  qəbulu  təşkil etmək.
• Məlumatların vaxtı-vaxtında sürətlərini çıxarılmasını və rezervləşməsini təmin etmək.
• Şəbəkə təhcizatında  nasazlıq  aşkar edildikdə texniki heyətə müraciət etmək.
• Şəbəkə təminatının sıradan çixma hallarında sistemin işləmə qabiliyyətinin bərpasında iştirak etmək.
• İstifadəçilərin və proqram təminatının səhvlərini üzə çıxarır və sistemin işləmə qabiliyyətini bərpa etmək.
• Şəbəkənin monitorinqini həyata keçirmək  və şəbəkənin infrastrukturunun  inkişafına dair tərklifləri işləyib hazırlamaq.
• Şəbəkə təhlükəsizliyini  təmin etmək.

Namizədə olan tələblər:

- müvafiq sahədə 1-3 il iş stajı,
- Ali təhsil,
- yaş həddi : 18-30
- Azərbaycan və rus dilləri səlis, ingilis dili bilgisi arzuolunandır.
- 1C və digər ofis programları və İT texnikası üzrə işləmək bacarığı

İş şəraiti:

- 5 günlük iş qrafiki, saat 08.00-17.00
- ə/h 700 AZN
- nahar xərcləri şirkət tərəfindən qarşılanır
- sınağ müddəti bitdikdən sonra tibbi sığorta işçiyə təqdim edilir

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “İT mütəxəssis” yazaraq [email protected]  mail ünvanına göndərməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.