Baş mühasib

  • Elanın qoyulma tarixi: 29.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş mühasib

İş barədə məlumat:
 
- Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq, ödənişlərini keçirmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)
- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək), yoxlamaq və icra etmək;
- Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək;
- Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
- Daxili yoxlamalar vasitəsi ilə maliyyə uyğunsuzluqlarını araştırmaq və aradan qaldırmaq;
- Tabeçiliyində olan işçilərin işlərinə nəzarət, iş planlamasına və iş keyfiyyətinə cavabdehlik daşımaq və s.
- Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanmaq və təqdim etmək;
- Debitor və kreditorlarla hesablaşmalar;
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq;
- Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s);
- Aylıq DSMF, Statistika hesabatları, işçilərin icbari sığortası, avtomobillərin icbari sığortası, həmçinin məşğulluq hesabatlarının tərtibi,
- Müəssisənin maliyyə təsərrüfat əməliyyatlarının uçotunun təşkili;
- Müəssisənin illik xərclərinin smetasının hazırlanması və onların analizi;
- Bank köçürmələrinin aparılması;

Namizədə tələblər:

- Cinsi : ( fərq etmir )
- Yaş həddi : 30-45 yaş
- Ali təhsil
- İş təcrübəsi - Minimum 5 il
- Beynəlxalq mühasibatlıq bilik və təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyin mükəmməl bilikləri;
- Kompyuter bilikləri :  MS Office proqramlarını mükəmməl bilməli , 1C və  Logo pr. yüksək səviyyədə çalışa bilməlidir;
- Dil bilikləri : Azərbaycan dilində mükəmməl rus və ing dillərində yaxşı səviyyədə bilməlidir
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Məsuliyyət, inkişafa meyillilik

- İş qrafiki:  09:00-18:00

- Əmək haqqı razılaşma yolu ilə
 
 
Maraqlananlar  CV-ni mövzu yerinə  Baş mühasib qeyd edərək  [email protected] ünvanına göndərə bilərlər.