Marketinq üzrə Menecer

İşin təsviri

Porsche Bakı Mərkəzi

Marketinq üzrə Menecer

İş barədə tələblər

- Bütün marketinq, reklam ve stimullaşdırma tədbirlərinin idarə olunması ve əlaqələndirilməsinin həyata keçirilməsi;
- Mövcud ve gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Qiymət strategiyasının işlənib hazırlanması;
- Kütləvi informasiya ve reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Sosial media ve bazara çıxarılacaq bütün çap materiallarına nəzarətin həyata keçirilməsi;
- Yerli ve beynəlxalq mətbuat nümayəndələri ilə birgə tanışlıqların keçirilməsi;
- Müştəri bazası, mövcud məhsul ve xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Məhsul ve xidmətlərin inkişafına nəzarət edilməsi;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
- Cəmiyyətdə mövcud olan daxili prosedur ve qaydalara uyğun işlərin təşkil edilməsi.

Ümumi tələblər

- Ali təhsil (Marketinq sahəsində)
- Yaş həddi 25-35

Bilik və təcrübə

- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (upper-intermediate, advanced səviyyəsində), rus dili əla səviyyədə
- Ms. Office proqramlarını  yüksək səviyyədə
- Ümumi satış texnikaları və şəbəkə marketinqi. Satış və Marketinq strategiyasının inkişaf əsasları
- Müqavilələrin bağlanması barədə qayda və əsas müddəaları
- Müştərilərlə iş üzrə xidmət üsullarını tətbiq etmək
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Əmək haqqı – 2000 azn

CV-ni foto ilə birlikdə mövzu yerində (Marketinq üzrə Menecer) olmaq şərti ilə [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.