Xarici Satınalma üzrə Mütəxəssis

  • Antaris
  • Elanın qoyulma tarixi: 06.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Antaris Şirkətində Xarici Satınalma üzrə Mütəxəssis

Antaris barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://antaris.az/ və ya https://www.facebook.com/AntarisAzerbaijan/

VƏZIFƏ ÖHDƏLİKLƏRİ:

• Xarici bazarların araşdırılması
• Xarici təchizatçıların tapılması və onlarla əlaqələrin qurulması
• Xarici bazar üzrə tenderlərin təşkili və optimal təkliflər paketinin əldə olunması
• Sifariş olunacaq məhsulların maya dəyərinin hesablanması
• Anbar qalıqlarının yoxlanılması və mal qalıqlarına uyğun olaraq sifariş planının hazırlanması
• Satışları nəzərə alaraq sifarişlərin düzgün proqnoz edilməsi
• Sifarişlər üzrə logistika işlərinin təşkili

NAMİZƏDƏ DAIR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:

• İngilis dili və rus dili biliyi mükəmməl olmalıdır
• Ali təhsil: İqtisadi idarəetmə, Biznes idarəçiliyi və uyğun sahələrdə.
• Müvafiq və əlaqəli sahə üzrə təcrübə. Xarici alışlarla bağlı ciddi təcrübə
• Beynəlxalq daşınma qaydaları və İNCOTERMS şərtləri ilə bağlı biliklər

Emosional bacarıqlar və vərdişlər:

• Problemlərin həllində proaktiv davranmaq
• Prioritetlərin idarə edilməsi
• Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə (ən azından ilkin səviyyədə - inkişafa açıq)
• Araşdırma bacarıqları, inkişafa açıq olma
• Analitik düşünmə və detallara fokuslanma

İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:

• Əmək haqqı namizədə görə təyin ediləcək
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12 )
• İş günlərinin sayı 5 gün
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq
• İl ərzində bir neçə dəfə xaricə ezamiyyə ediləcək

Müraciət üçün linkə daxil olun:  http://company.apptrack.az/company/antaris-mmc/job_details/?id=8