Qaraj müdiri

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 22.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group” “qaraj müdiri” vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

• Ağır tikinti texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
• Avadanlıqlara texniki baxışın keçirilməsinin, sınaq və profilaktik təmir işlərinin təşkil olunması;
• Tikinti-istehsalatın texniki hazırlığının təmin olunması;
• Təmir üçün podrat təşkilatları ilə planların (qrafiklərin) razılaşdırılması, onlar lazımi texniki sənədlərlə təmin olunması;
• Tikinti texnikalarının təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin yazılması edilməsi;
• Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarətin təşkil olunması;
• Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirilməsi;
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak olunması;
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin olunması;
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
• Tabeçiliyində olan işçilərə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

Tələblər:

• Təhsil: Tikinti və xüsusi avadanlıqlarının mühəndis mexanik ixtisası üzrə ali təhsil
• İş təcrübəsi: müvafiq vəzifədə 3-5 il

Bilik və bacarıqlar:

• avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
• müəssisədə təmir xidmətinin təşkilini;
• avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını;
• montaj və təmir metodlarını;
• defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu;
• təlimatların tərtib edilmə qaydasını;
• avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
• istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

CV-lərinizi [email protected] ünvanına "qaraj müdiri" başlığı ilə göndərməyiniz və ya  https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi