Təchizatçı (Tikinti-təsərrüfat malları üzrə təchizatçı)

  • Elanın qoyulma tarixi: 22.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: Təchizatçı (Tikinti-təsərrüfat malları üzrə təchizatçı)

İş yeri: Bakı
İxtisas Bilikləri və Bacarıqlar

- 1 il iş təcrübəsi
- Ali təhsil
- Tikinti və təsərrüfat materialları haqqında biliklər
- Şəxsi avtomobil tələb edilir

Kompyuter Bilikləri

- MS Office proqramları (Excel biliyi)

VƏZİFƏ FUNKSİYALARI

- Baş ofislər, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini aparmaq;
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;
- Təchizatçı firmalarla danışıqlar aparmaq;
- Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
- "Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə
edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasını həyata keçirmək;"
- Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına cavabdeh olmaq.

İş qrafiki: 5 günlük
Yaş həddi: 24 - 45

Digər təminatlar Avtomobilin yanacaq xərcləri və nahar şirkət tərəfindən qarşılanır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Təchizatçı" qeyd edilməsi xahiş olunur.