Təchizat üzrə menecer

İşin təsviri

Təchizat üzrə menecer

MKT-İK MMC (Pambıq müəssəsi) Təchizat üzrə menecer vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• MKT-İK MMC baş ofis və müəssisələrdən gələn xidmət və istənilən mal-material, xammal, texnika, ehtiyyat hissələri və avadanlıqların təchizatı ilə bağlı sorğuların təhlil edilməsi,
• Bazar araşdırmalarının edilməsi və yeni tədarükçülərin analizi,
• Tədarükçülərlə danışıqların aparılması və uyğun təchizat şərtlərinin müəyyən edilməsi
• Tenderlərin təşkil olunması,
• Uyğun qiymət təklif edən tədarükçülərin tapılması və optimal şərtlərlə satınalma təşkili,
• MKT-İK MMC-yə daxil olan müəssisələrin təchizat prosesinə nəzarət edilməsi,
• MKT-İK MMC-yə daxil olan müəssisələrdən illik təchizat planlarının toplanması və vahid təchizat planı şəklində birləşdirilməsi,
• Yerli və mərkəzləşmiş təchizat kateqoriyalarının müəyyən edilməsi,
• MKT-İK MMC-yə daxil olan müəssisələrdə satınalma zamanı baş verə biləcək neqativ halların aradan qaldırıması və bununla bağlı tədbirlərin həyata keçirilməsi,
• Beynəlxalq satınalmalar zamanı sənədləşmənin düzgün tərtib olunmasına və toplanmasına nəzarət olunması.
• Logistika əməliyyatlarının təşkili və idarə olunması.

Tələblər

• İncoterms 2010 mükəmməl şəkildə bilmək
• CİPS sertifikatı malik olmaq üstünlükdür
• Təchizat prosesini mükəmməl şəkildə bilmək
• Təchizat prosedurlarını bilmək
• Tender prosesini bilmək
• Təchizat müqavilələrin hazırlanmasını bilmək
• Logistika qaydalarını və prosedurlarını bilmək
• Bazar araşdırmalarını etməyi bilmək
• Hər hansı təchizat proqramında işləyə bilmək
• Beynəlxalq satınalma qaydalarını bilmək
• Təchizat planlanması prosesini bilmək

Vakansiyaya müraciət etmək üçün öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.