Texniki ofis müdiri (inşaat)

İşin təsviri

İşəgötürən: Construction Company

Vəzifə: Texniki ofis müdiri (inşaat)

Əmək haqqı : 3000-3500 AZN 

İşin təsviri:

- Şöbənin işinin təşkili;
- Layihələrin nəzərdən keçirilməsi, razılaşdırılması və layihələrin yerinə yetirilməsinə nəzarət;
- Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması. Aylıq hesabatların hazırlanması;
- Büdcə hazırlanması və nəzarət;
- İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
- Müvafiq orqanlarla yazışmaların aparılması;
- Gərəkən mal-material təchizatı qrafikinin hazırlanması va nəzarət;
- Yerinə yetirilmiş işlərin ölçülməsi və muvafiq mal material silgisinin təşkili;
- Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
- Tenderlərin texniki hissəsinin hazırlanması;
- Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər edəcək.

Tələblər:

- İnşaat sahəsi üzrə Ali təhsil;
- Yol, Mülki, Hidrotexniki qurğuların tikintisi üzrə iş və sənaye obyektlərinin tikintisi üzrə ən azı 5 il iş təcrübəsi;
- Vakant yer üzrə rəhbər vəzifədə çalışmış olmalıdır;
- Rus dili: əla səviyyədə, ingilis dilini bilənlərə üstünlük verilir;
- Ofis proqramları və AutoCAD-dan irəli səviyyədə istifadə etmək bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Qüvvədə olan tikinti və layihələndirmə normativləri ilə tanışlıq;
- Fikrini aydın yazılı və şifahi izah edə bilmək qabiliyyəti, stresə dözümlülük;
- Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
- Yaxşı ünsiyyət qabiliyyəti və insani keyfiyyətlər;
- Sürücülük vəsiqəsi: B
- Yaş: 30-45 arası;
- Yalnız kişi namizədlər üçün nəzərdə tutulmuşdur.

İş qrafiki:

- Bazar ertəsi – Şənbə:  9:00  - 18:00

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Texniki ofis müdiri”  yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.