Hüquqşünas

  • HGC Group
  • Elanın qoyulma tarixi: 10.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HÜQUQŞÜNAS

Əsas məsuliyyətlər:

- Müəssisənin adından məhkəmədə nümayəndə kimi iştirak edilməsi, pretenziyaların, iddia ərizələrinin və digər prosessual işlərin yerinə yetirilməsi;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Cəmiyyətin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək.
- Cəmiyyətin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması vəziyyətini təhlil etmək, bu sahədə qanun pozuntularını müəyyən etmək, müvafiq təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
- Cəmiyyətin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasını həyata keçirmək və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etmək.
- Cəmiyyətin struktur vahidləri tərəfindən bağlanan hüquqi və mülki müqavilələrin, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Təhsil:

- Ali Hüquq təhsili olmalı;

İş təcrübəsi:

- Hüquq sahəsində 5 il iş təcrübəsi;

Digər tələblər:

- Yaş: 30-40
- Rus və ingilis dilində sərbəst danışıq.(vacibdir)
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;

Təminatlar:

Nahar, rabitə limiti, iş yerinə gediş-gəliş üçün  avtobus və otel şirkət tərəfindən qarşılanır.

E - mail : [email protected]

HGC Group tərəfindən digər vakansiyalar