Satış meneceri

  • Halal-P
  • Elanın qoyulma tarixi: 03.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə avadanlıqları və bank avadanlıqlarının təchizatı ilə məğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir.

Satış meneceri

 Satış meneceri avadanlıq və sərf materiallarının satışı ilə məşğul olur
 Potensial yeni müştərilərin cəlb olunması üçün axtarışlar aparır
 Müştərilərdən daxil olan sorğuların operativ təmin olunmasını həyata keçirir
 Satışın aylıq və illik planını tərtib edir və planı icra edir
 İş qrafiki: I- V günlər saat 09:00-18:00, şənbə günü saat 09:00-14:00
 Əmək haqqı 500AZN+ satışdan bonuslar

Minimum bilik, səriştə və keyfiyyətlər

 Kommersiya və ya texniki sahədə ali təhsil
 Satış sahəsində iş təcrübəsi
 Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
 Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik

Üstünlük verilən meyarlar

 Dilerlərlə iş sahəsində təcrübə və biliklər
 Komandada işləmək bacarığı
 İngilis və ya rus dilində ünsiyyət bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “Satış meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.

“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!