SMM Manager

  • Likon
  • Elanın qoyulma tarixi: 03.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LIKON” şirkəti Azərbaycan bazarında 2014-cü ildə yaranmışdır. Şirkət korporativ xidmət və mobil marketinq sahəsində öz adını daha da möhkəmləndirmək, yeni uğurlara nail olmaq üçün daim çalışmaqdadır. Şirkətin nailiyyətlərindən biri, Azərbaycan bazarının aparıcı mobil operatorlarından olan «Bakcell» ilə tərəfdaşlığıdır.

LİKON şirkəti  Mobil & Rəqəmsal Marketinq, Biznes Kommunikasiyaları, Proqram Təminatı & Texniki Dəstək, İnteraktiv və Virtual Xidmətlər kimi bir çox sahədə yüksək ixtisaslı kadrlarla xidmət göstərir.

Daha ətraflı məlumat üçün www.likon.az səhifəsinə daxil ola bilərsiniz.

Vəzifə: SMM Manager

Vəzifə öhdəlikləri:

- Reklam materiallarının paylaşdırılmasını və yerləşdirilməsini təmin etmək
- Sosial media platformasını tanımaq və istifadə etmək bacarığı
- Şirkətin verdiyi tapşırıqlarla bağlı araşdırma aparmaq və tapşırıqları zamanında yerinə yetirmək
- Müştərini inandırmaq bacarığı
- Müştərilərlə görüş keçirilməsi
- Gündəlik sosial medialarda paylaşımlar etmək
- Sosial mediada reklam kampaniyalar hazırlamaq
- Reklam kampaniyalarının effektivliyinin təhlil etmək
- Bu sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir
- Rəhbərliyə görülən işlərlə bağlı gündəlik hesabatların göndərilməsi
- Rəhbərliyin verilən digər tapşırıqlarının yerinə yetirilməsi
- Marketinq planı hazırlamaq

Məşğulluq: Tam

İş şəraiti:

• İş saatı: 09-00-dan 18-00-dək;
• İstirahət: Şənbə, Bazar günü.

Əmək haqqı: 700 azn

Tələb olunan:

• Dizayn proqramlarını mütləq bilməlidir
• Corel Draw
• Adobe Photoshop
• Rus dili vacib, İngilis dili- intermediate səvviyəsi
• Ali təhsil
• Mükəmməl internet və kompüter istifadəçisi olmaq
• SMM sahəsində İş stajı minimum 6 ay, satış sahəsində təcrübə arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SMM manager” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə namizədliyə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla (sınaq müddəti ərzində müəyyən olunan müvafiq məbləğ) işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.