Tornaçı-frezerçi

  • Metak
  • Elanın qoyulma tarixi: 27.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 700 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Tornaçı-frezerçi

İşin təsviri:

- İstifadəsinə təyin olunmuş avadanlığın iş prinsipini və istifadə qaydalarını  bilməli;
- İstifadə etdiyi torna və frez alətlərinin növünü və təyin olunmasını bilməli;
- Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
- Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını,  istehsalat  mədəniyyətinə riayət etməli.

Əlavə şərtlər:

- İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
- İstirahət: bazar günü
- Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

- Əh: 600-800 azn
- Cinsi: Kişi
- 25-55 yaş
- Ali texniki təhsil
- Müvafiq iş stajı 3-5 il
- Dil bilikləri: Azərbaycan dili,  Rus dili - orta
- Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 27.07.2018–ci il tarixinə kimi müraciət edə bilərlər
https://www.metak.az/resume.php?vid=110