Müqavilələr üzrə mütəxəssis

  • PMD Group
  • Elanın qoyulma tarixi: 19.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MÜQAVİLƏLƏR ÜZRƏ MÜTƏXƏSSİS
(Contract specialist) x2

Vəzifə öhdəlikləri:

• Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
• Müqavilə danışıqlarının aparılması;
• Müqaviləyə əlavələrin hazırlanması;
• Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
• Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
• Müqavilələrin reyestrinin aparılması.

Tələblər:

• Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir
• Kommersiya hüququ bilikləri;
• Yaş həddi: 24-40;
• Kompüter biliyi: MS Office  (Word, Excel, Outlook, PowerPoint);
• Azərbaycan dilində yüksək və ingilis dilində ən azı orta səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. Rus dilini bilməsi arzuolunandır;
• Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi
• Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s.) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
• Mühasibat və layihələrin idarə olunması konseptləri üzrə minimal anlayış;
• Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
• Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

Şəxsi bacarıqları:

• Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
• Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
• İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
• Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə;
• Komandada işləmə bacarığı.

E - mail : [email protected]

İşəgötürənin reytinqi