Tender üzrə mütəxəssis

  • PMD Group
  • Elanın qoyulma tarixi: 19.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TENDER ÜZRƏ MÜTƏXƏSSİS
(Tender specialist) x3

Vəzifə öhdəlikləri:

• Tenderin əsas şərtlər toplusunun hazırlanması
• Tender iştirakçılarının müəyyənləşdirilməsi
• Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması
• Tender protokollarının hazırlanması
• Tender sənədlərinin elektron qeydiyyatının aparılması
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

Tələblər:

• Humanitar (İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil;
• Yaş həddi: 24-40;
• Kompüter biliyi: MS Office  (Word, Excel, Outlook, PowerPoint);
• Azərbaycan dilində yüksək və ingilis dilində ən azı orta səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. Rus dilini bilməsi arzuolunandır;
• Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
• Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s.) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
• Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
• Mühasibat və layihələrin idarə olunması konseptləri üzrə minimal anlayış;
• Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
• Satınalma sənədlərini hazırlama qabiliyyəti;

Şəxsi bacarıqlar:

• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
• Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
• Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
• İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
• Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə;
• Komandada işləmə bacarığı.

E - mail : [email protected]

İşəgötürənin reytinqi