Elektrik

  • AzRose
  • Elanın qoyulma tarixi: 13.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elektrik (Qəbələ rayonunda yaşayanlara üstünlük verilir)

Vəzifə və öhdəliklər:

• Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
• Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri;
• Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının istismarı;
• Təmir və yaxud montaj işlərinə tələbatı müəyyən etmək üçün planların, cizgilərin, spesifikasiyaların və iş tapşırıqlarının araşdırılması;
• Hər hansı nasazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi;
• Müdiriyyətin digər tapşırıqları

Tələblər:

• Bu sahədə texniki təhsil və zəruri sertifikatları olan
• Uyğun sahədə iş təcrübəsi olan

İş haqqında

• İş yeri:  Qəbələ, Vəndam

Uyğun namizədlərdən şəkilli CV formalarını  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı  (Elektrik) qeyd olunmaqla göndərməkləri xahiş olunur.