Təchizat üzrə mütəxəssis (Xarici satınalmalar üzrə)

İşin təsviri

Şirkət haqqında :  1995-cü ildə fəaliyyətə başlayan   “Inci Group Of Company” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə Şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Təchizat üzrə mütəxəssis (Xarici satınalmalar üzrə)

Namizədə dair tələblər:

- Ali təhsilli;
- Kompüter biliyi: MS Office (Word, Excel)
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
- İngilis dilini mükəmməl bilməli
- Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti
- 23-40 yaş aralığı

Üstünlük verilir:

• SAP ERP sahəsində təcrübə
• Rus dili biliyi üstünlükdür
• Xanım namizədlərin müraciəti
• Bizness etik prinsiplərinə riayət

İş barədə məlumat:

- Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması)
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması
- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi
- Təchizat işiylə bağlı digər yardımçı işlər
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların   təqdim edilməsi
- İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00)
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müraciət etmək istəyən əməkdaşlardan CV formasını -  [email protected] emailinə göndərmələri xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır