Aqronom (Qusar şəhəri)

İşin təsviri

“Soyuzaqrokontrakt” MMC  -  Aqronom ( Qusar şəhəri).
 
Namizədə dair tələblər və vəzifə öhdəlikləri:

1.Ali təhsilə sahib olmalı və müvafiq sahə üzrə iş təcrübəsinə malik olmalıdır (Quba və Qusar şəhərində yaşayanlara üstünlük verilir);
2.Torpağın aqrokimyəvi xassəsini və onun qida maddələri ilə təmin olunmasını öyrənmək üçün əkinə yararlı sahələrdən nümunələr götürməli və həmin nümunələrdən orta nümunə hazırlayaraq və orta nümunələri aqrokimya laboratoriyalarına, layihə-axtarış kimyalaşdırma stansiyasına göndərilməsini təmin etməlidir;
3.Zərərvericilərə qarşı bioloji mübarizə aparmaq üçün trixonoqramın artırılması işində iştirak etməli,
4.Təsərrüfatların mikrobioloji və bioloji vasitələrə olan tələbatını müəyyən etməli, onların gətirilməsini və tətbiqi işini yerinə yetirməlidir;
5.Bioloji mübarizə üzrə cari və perspektiv tapşırıqları müəyyən etməlidir;
6.Laboratoriyada yetişdirilən bioloji materialların yerli formalarını mütəmadi olaraq öyrənməli və onların keyfiyyətinin yaxşılaşdırılması işini həyata keçirməlidir.
7. Əmək haqqı 700-1500 AZN
8. İş qrafiki: 6 günlük iş həftəsi (həftənin 5 günü 7 saat, şənbə günü 5 saat).

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə   [email protected]   elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.