Rəqəmsal bankçılıq məhsullarının inkişafı üzrə mütəxəssis

İşin təsviri

“Bank Respublika” ASC “Rəqəmsal bankçılıq məhsullarının inkişafı üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın rəqəmsal tətbiqləri istifadəçilərinin rəy və təkliflərini öyrənmək məqsədilə təhlillərin aparılması;
• Rəqəmsal tətbiqlərin inkişafında qabaqcıl texnoloji həllərin öyrənilməsi və təhlili;
• Bankın daxili strukturları ilə yeni funksiyaların zəruri olması barədə müzakirələrin aparılması;
• Mövcud tətbiqlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin formalaşdırılması, yeni ideyaların təqdimatlarını hazırlayaraq müzakirəyə çıxarılması;
• Tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanmasında iştirak.

Namizədə qarşı tələblər:

• Rəqəmsal tətbiqlər sahəsinə aid yeniliklərə maraq göstərmək;
• Komanda şəklində çalışmaq və müzakirələr aparmaq bacarığı;
• Fikrini düzgün və dolğun çatdıra bilmək, müzakirə olunan məsələlərdə proaktiv mövqeyə malik olmaq;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Stressə davamiyyətli, çalışqan, öyrənəbilmək və ünsiyyət qurmaq bacarığı;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 iyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal bankçılıq məhsulların inkişafı üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

ОАО «Банк Республика» ищет кандидатов на вакансию «Специалист по развитию продуктов цифрового банкинга».

Ищем кандидата:

• Проявляющего интерес к новым разработкам в области цифровых приложений;
• Умеющего работать в команде, проводить дискуссии, обсуждения, правильно излагающего свои мысли, имеющего проактивную позицию в обсуждаемых вопросах;
• Способного мыслить системно и работать над развитием продукта;
• Коммуникабельного, стрессоустойчивого, трудолюбивого, обучаемого;
• Владеющего Азербайджанским, Русским и, желательно, Английским языками.

Требования к кандидату:

• Общение с пользователями банковских цифровых приложений в целях изучения их замечаний и предложений;
• Изучение и анализ передовых технологических решений в области разработок цифровых приложений;
• Общение с внутренними структурами банка для согласования востребованности нового функционала;
• Формирование предложений по совершенствованию текущих приложений, подготовка презентаций новых идей для их дальнейшего обсуждения;
• Участие в подготовке технического задания по разработкам приложений.

Кандидатов на вакансию просим прислать своё CV на электронный адрес [email protected] до 04 июня 2018-го года. В теме письма просьба указать «Специалист по развитию продуктов цифрового банкинга», иначе, возможно, кандидатура не будет рассмотрена. Также уведомляем, что на следующий этап процесса принятия на работу будут приглашены только избранные кандидаты.

 

 

 

İşəgötürənin reytinqi