Collezione Italia Azərbaycanda ən geniş yayılmış sahələrdən biri kimi qəbul edilən lyuks inşaat məhsullarının satışını təşkil edən nüfuzlu nümayəndələrdən birincisidir. Collezione İtalia inşaat sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən önəmli və keyfiyyətli markalarını idxal edərək xidmət göstərir.
Collezione Italia hazırda Brend Menecer (Sektor: Pəncərə, Qapı, Parket) vəzifəsi üzrə işçi qəbulu elan edir.
Namizədə dair əsas tələblər:
• Yaş: 25-40;
• Təhsil: Ali – İqtisadiyyat, Marketinq;
• Santexnika dəstləri, kafel/metlax və s., hamam aksesuarları, inşaat aksesuarları, divar kağızı (oboy), pərdə, qapı, parket, mətbəx mebeli, qəndil (lüstr), qab-qacaq sahələrindəki luxury brendləri bilmək;
• Azərbaycan, ingilis və rus dillərini bilmək;
• Brend marketinq və brend menecment və satış sahəsində ən azı 2 illik iş təcrübəsi (xüsusi ilə dünya brendləri)
• Ofis proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
• Səlist danışaraq təqdimatlar keçirmək bacarığı.
İxtisas, bilik və bacarıqlar:
• Maliyyə, marketing, qiymət təhlilinin aparılması, büdcənin formalaşdırılması və layihələri idarə etmək biliklərinə malik olmalı;
• Təhlillər apararaq hesabatların hazırlanması (Excel)
• Təqdimatların keçirilməsi;
• Danışıqların aparılması;
Əsas vəzifə və öhdəliklər:
• Şirkətin məhsulları ilə bağlı müntəzəm araşdırmalar aparmaq;
• Rəqib şirkətlərin, yeni məhsulların və ümumilikdə bazarın təhlilini apararaq hesabatlar hazırlamaq;
• Geniş çeşidli məhsul və xidmətləri idarə edərək, həmin məhsulların qiymətinin müəyyən olunmasında iştirak etmək;
• Brend strategiyasının inkişafının hazırlanması;
• Bazara yeni məhsul və brendləri çıxartmaq;
• Brendlər üzrə yeni məhsulları hazırlayaraq sifarişlərin yerləşdirilməsi
Şəkilli CV-Portfolio-ları (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu satışın nəticələri) e-mailin mövzu hissəsində “Brend Menecer” qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.