Tərcüməçi

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 22.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ÜMUMİ MƏLUMAT

Vəzifənin adı: Tərcüməçi

Vəzifənin məqsədi: Şirkətdaxili prosedurlara uyğun tərcümələrin aparılması

ƏSAS ÖHDƏLİKLƏR

Müəssisənin mövcud proseslərinə müvafiq vəzifələrin yerinə yetirilməsi
Texniki, ictimai-siyasi, iqtisadi, hüquqi, sənədləri və başqa işgüzar stildə azərbaycan – ingilis, ingilis – azərbaycan dillərinə tərcümə edilməsi
Texniki, ictimai-siyasi, iqtisadi, hüquqi, normativ-texniki sənədləri və başqa işgüzar stildə azərbaycan – rus, rus-azərbaycan dillərinə tərcümə edilməsi
Əməyin mühafizəsi, əmək-icra intizamı, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət edilməsi.
Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq nümayiş etdirməli, peşəsi ilə bağlı yeni biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.

İŞİN ƏSAS SƏMƏRƏLİLİK GÖSTƏRİCİLƏRİ (zaman, maliyyət, keyfiyyət, həcm)

Prosedur və proseslərə uyğun yerinə yetirilmiş işlər
Sənədlərin səhvsiz və vaxtında təqdim olunması
Sənədlərin səhvsiz və vaxtında təqdim olunması

Əlavə öhdəliklər: Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirilməsi

1.1. Bu Vəzifə Təlimatına müvafiq üzərinə düşən vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
1.2. Təqsiri üzündən Şirkətə vurulan maddi və  mənəvi ziyana görə qanunvericiklə müəyyən olunmuş qaydada Şirkətə qarşısında məsuliyyət daşıyır.

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil

Ali

Kompetensiyalar 

Fəal, məsuliyyətli, diqqətli . İnsanlarla ünsiyyət qurmaq bacarığı, stress hallarda iş bacarığı
Müəyyən sahələrdə peşəkarliq (dərəcələri)
Dilşunaslıq, təcüməçilik sahəsində ali təhsil

İş təcrübəsi  

İT sahəsində Tərcüməçi vəzifəsində minimum 2 il iş təcrübəsi

Dil və İT bilikləri

Azərbaycan dili -sərbəst, rus dili-sərbəst, ingilis – sərbəst
Microsoft Excel, Outlook, Word, Power Point

Xüsusi tələblər 

İT sahəsində ümumi anlayış

E - mail :  [email protected]

İşəgötürənin reytinqi