Baş mühasib

  • Group Motors
  • Elanın qoyulma tarixi: 21.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi.

Hal hazırda şirkət “Baş mühasib” vəzifəsinə işçi qəbulu elan edir.
 
Vəzifə öhdəliklər:

• Tabeçilikdə olan işçilərin vəzifə öhdəliklərini vaxtlı-vaxtında və qoyulmuş tələblərə uyğun şəkildə yerinə yetirməsinə nəzarət etmək;
• Tabeçilikdə olan işçilərin qoyulmuş rüblük hədəfləri yerinə yetirməsinə nəzarət etmək;
• Əməliyyatların uçotunun vaxtlı-vaxtında və düzgün aparılmasına nəzarət etmək;
• Şirkətin qüvvədə olan qaydalarına əsasən gündəlik əməliyyat sənədlərini (xərc və kassa) təsdiqləmək və hər bir əməliyyat üçün müəyyən edilmiş qaydalara əsasən əlavə sənədləri tələb etmək;
• Ödənişə verilən hesabların sənədlərinin maliyyə/vergi uçotu baxımından tələblərə uyğun olmasının yoxlanması və ödəniş cədvəlinin təsdiqlənməsini təmin etmək;
• Maliyyə hesabatlarının və digər maliyyə məlumatlarının İdarə Heyətinə təqdim olunması və meydana çıxan sualların cavablandırılmasını təmin etmək;
• Aylıq maliyyə nəticələrinin büdcə ilə müqayisəsi, əhəmiyyətli kənarlaşmaların/uyğunsuzluqların araşdırılması və İH-ə təqdim olunmasını təmin etmək;
• Şirkətin maliyyələşdirilməsi yolların araşdırılması, təkliflərin verilməsi və bununla bağlı tədbirlər görmək;
• Vergi uçotuna uyğun mənfəət və zərər hesabatının hazırlanması və meydana çıxan sualları cavablandırmaq;
• Bankların və xarici partnyorların sorğularına əsasən maliyyə hesabatlarının hazırlanması və meydana çıxan sualları cavablandırmaq;
• Kredit portfelinə nəzarət, əsas və faiz borclarının vaxtlı-vaxtında ödənilməsini təmin etmək;
• Kreditlərin alınması/uzadılması və akkreditivlərin/qarantiyaların açılması ilə bağlı tədbirləri həyata keçirmək;
• Hüquqi/fiziki kreditlər, akkreditiv və bank qarantiyası müqavilələrinin reyestrini aparmaq;
• Qüvvədə olan kreditlər üzrə əsas və faiz borc qalıqlarının banklarla üzləşdirilməsi və fərqlərin arada qaldırılmasını təmin etmək;
• Əməliyyat və təsərrüfat xərclərinə nəzarət, həmçinin onların azaldılması ilə bağlı təkliflər vermək;
• Gözlənilən mənfəət vergisi xərcinin vergi riski yaranmadan azaldılması ilə bağlı təkliflərin verilməsi və müvafiq tədbirlərin görülməsini təmin etmək;
• Maliyyə və uçot risklərinə nəzarət və onların qarşısının alınması ilə bağlı təkliflər vermək;
• Maliyyə departamentinin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Əsas vəsaitlərin inventarizasiyasını təşkil etmək;
• E/h anbarlarının inventarizasiyasını təşkil etmək;
• Avtomobil stokunun inventarizasiyasını təşkil etmək;
• Maliyyə departamentin işçilərinə təlimlərin keçirilməsi və biliklərinin yoxlanılmasını təmin etmək;
• Qüvvədə olan qaydalara əsasən işçilərin fəaliyyətinin şifahi və/və ya yazılı şəkildə qiymətləndirmək;
• Maliyyə Direktorunun yoxluğunuda onun səlahiyyətlərinin icra etmək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

•       Yaş: 25-45;
•       Bu sahədə ali təhsil (Magistr dərəcəsinin olması arzuolunandır);
•       Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
•       Vergi uçotunu bilməli;
•       Bu sahədə minimum 3 il iş təcrübəsi;
•       Təzyiq altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır;
•       Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
•       Məxfilik, təhlik etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Baş mühasib" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.