Import Meneceri

  • Halal-P
  • Elanın qoyulma tarixi: 09.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə, ofis  və bank avadanlıqlarının təchizatı ilə məşğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribütorudur.

Import Meneceri

Öhdəliklər

 Xarici partnyorlarla yazışmalar və şifahi görüşlər aparmaq;
 Ölkə xaricindən satın alınan malların yüklənməsi və ölkəyə zamanında çatdırılması üzərində nəzarəti həyata keçirmək;
 Işə müvafiq sənəd dövriyyəsinin düzgün aparılması;
 Beynəlxalq iqtisadi əlaqlərlə bağlı ödənişlərin və hesabatların aparılması;

Minimum bilik, səriştə və keyfiyyətlər

 Ali təhsil;
 İngilis və rus dillərində ünsiyyət və yazışma bacarıqları;
 Işğuzar ünsiyyət etikası;
 MS Office computer bilikləri (xüsusən EXCEL və Word)

Üstünlük verilən meyarlar

 Microsoft Outlook proqramında işləmək bacarığı;
 Azərbaycan, ingilis və rus dillərində işgüzar yazışmaları aparmaq qabiliyyəti;
 Öyrənmək və inkişaf etmək potensialı və istəyi;
 Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “İmport meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.

Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!