Kommersiya Departamenti Direktoru

  • Arsenal Group
  • Elanın qoyulma tarixi: 07.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ARSENAL GROUP

Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə), eksklüziv mebel və otaq qapıları istehsalı istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 26 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.

ARSENAL GROUP” namizədləri  “Kommersiya Departamenti Direktoru” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Vəzifə və öhdəliklər:

• Kommersiya şöbəsinin strateji planlaşdırması;
• Müəssisənin illik büdcəsininin hazırlanmasında iştirak edir və icrasına nəzarət
• Satış planı təşkili və onun həyata keçirilməsi;
• Tədarükçülərlə iş;
• Satış şöbəsinin işinin tənzimlənməsi;
• Satış dövrünün tam nəzarəti.
• Yeni bazarlar axtarışı (məhsul və ölkələri), Satışın təşkili və inkişafı;
• Şöbə işinin keyfiyyətli təşkilatı, və müştəri xidmətinin yüksək keyfiyyətini təmin etmək ;
• Plana uyğun pul vəsaitlərinin daxilolmaları və debitor borclanmaların nəzarəti ;
• Güclü komandanın qurulması ;
• Digər şöbə, bölmələr və əsas müştərilərlə əməkdaşlıq ;
• Yerli və xarici tərəfdaşlarla işgüzar yazışma ;
• Bazar və məhsul təhlili ;
• Hesabatların hazırlanması ;
• Pul vəsaitlərin düzgün xərclənməsinə nəzarət edilməsi
• Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr

Namizədə tələblər:

• Biznes danışıqları aparmaq bacarığı;
• Müvafiq sahədə ən azı 3 il təcrübə;
• B2B və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
• Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
• Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
• Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
• Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə);
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir);
• Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
• Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C;

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı 1500 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə " Kommersiya Departamenti Direktoru " yazaraq  [email protected]  ünvanına göndərilməsi xahiş olunur.