Rəqəmsal Marketinq Mütəxəssisi

  • Arsenal Group
  • Elanın qoyulma tarixi: 10.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Müxtəlif kanal və platformalardan istifadə edərək effektiv rəqəmsal marketinq strategiyalarının, büdcəsinin hazırlanması və icrası.
  • Hədəflər və KPI-larla əlaqədar olaraq rəqəmsal marketinq büdcəsini idarə edir və konversiya, leads, ROAS və ROI kimi göstəricilərin müşahidəsi
  • Sosial media hesablarının idarə edilməsi və şirkətin brend üslubuna və təlimatlarına uyğun hədəf auditoriyası ilə rezonans doğuran vizual və yazılı məzmunun yaradılmasının təmin edilməsi, SMM komandasının idarə edilməsi və təlimləndirilməsi
  • Korporativ veb-saytın yenilənməsi və saytdakı məzmununun aktual, dəqiq və brend standartlarına uyğun olmasına nəzarət edilməsi
  • SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması;
  • Google Analytics, Tag Manager, Yandex Metrica və digər analitik vasitələrlə iş;
  • A/B testlərin edilməsi və nəticələrin analizi;
  • Google Ads və Meta Ads kimi platformalarda kampaniyaların dizayni, analizi və optimalaşdırılması
  • Açar sözlərin tədqiq edilməsi və mövcud məzmunun optimalaşdırılması
  • Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
  • Marketinq kampaniyaları üzrə kompleks hesabatların tərtibi və təhlili.
  • Marketinq strategiyalarını adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili.

Namizəd üçün tələblər:

  • Ali təhsilin olması (Biznes, Marketinq, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi arzuolunandır)
  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili biliyi üstünlükdür;
  • Veb məzmun idarəetmə sistemləri ilə tanışlıq
  • Yüksək SEO bilikləri
  • Google Ads, Meta Ads-də reklam kampaniyalarının effektiv qurulması və optimizasiyası sahəsində təcrübə, həmçinin kontekstli reklam, hədəf reklam və retargetinq bilikləri.
  • Analitik düşünmə qabiliyyəti, layihə idarəetmə bacarığı
  • Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
  • Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
  • Email marketinq alətləri və strategiyalarında bacarıq.
  • Səlis ünsiyyət bacarıqları.
  • Kollektiv və fərdi işləmə bacarığı;
  • Öyrənməyə və şəxsi inkişafa meyllilik; 
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı
  • Yüksək yaradıcılıq.

Digər məlumatlar:

  • 6 günlük iş qrafiki (istirahət-bazar günü); 
  • Nahar şirkət tərəfindən verilir
  • Yaş həddi : 25-35
  • Əmək haqqı / Namizədin bilik və bacarığına görə müəyyən edilir.

Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) yerinə “ Rəqəmsal Marketinq Mütəxəssisi ” yazaraq e-mail-a göndərmələri xahiş olunur