Rəqəmsal marketinq üzrə Mütəxəssis

  • Libraff
  • Elanın qoyulma tarixi: 01.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: LİBRAFF MMC

İşin adı: Rəqəmsal marketinq üzrə mütəxəssis

Son müraciət tarixi: 20 may 2018-ci il

İşin funksiyaları:

• LIBRAFF-ın Sosial Media Marketinq (SMM) planını hazırlamaq və həyata keçirmək (Facebook, Instagram, Twitter, Youtube, Linkedin);
• Müştərilərlə ‘online’ kommunikasiyaya cavabdeh olmaq;
• Məzmun təqvimini hazırlamaq, ödənişli reklamı idarə etmək, spesifik və tələb olunan vaxtlarda marketinq kampaniyaları təşkil etmək; 
• Sosial media trendləri (izlənmə parametrləri) ilə bağlı hesabatlar hazırlamaq; 
• Satışda olan məhsulları və onların unikal satış təklifini öyrənmək; 
• Reklam, kampaniyalar və o cümlədən müştərilər üçün müxtəlif tədbirlərlə bağlı ideyalar irəli sürmək və təşkil etmək;
• Tələblərə, hədəf qrupuna və məqsədlərə uyğun olaraq tədbirlər planı hazırlamaq və həyata keçirmək;

• Tədbirin uğurunu təmin etmək və daha çox iştirakçı cəlb etmək məqsədilə hər bir tədbir üçün xüsusi marketinq strategiyası hazırlamaq, yeni tərəfdaş/müştəri cəlb etmək, mövcud tərəfdaş/müştərilər ilə işgüzar əlaqələri qoruyub saxlamaq.

• Aylıq və illik planlar və hesabatlar, statistik analizlər hazırlamaq.

• Sosial mediaya aid menecement tərəfədən verilən digər tapşırıqlar. 

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (Marketinq, Menecment sahəsi arzu olunandır);

• Bu sahədə ən azı 2 il iş təcrübəsi;

• Mükəmməl Azərbaycan, rus dili və yüksək səviyyədə ingilis dili;

• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

• Dinamiklik, ünsiyyət bacarığı, məsuliyyət, kreativlik;

• Vebadmin

• Sosial şəbəkələrin aktiv istifadəçisi.

MÜRACİƏT QAYDASI

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu ([email protected])   elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.
Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 20 may 2018-ci ildir.

İşəgötürənin reytinqi