Biznesin İnkişafi Şöbəsinə Müdir

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 25.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BİZNESİN İNKİŞAFI ŞÖBƏSİNƏ MÜDİR – Kredit Evi

Tələblər:

– Menecment , marketinq, iqtisadiyyat, biznes idarəçiliyi, üzrə ali təhsil;
– Yaş həddi: 30-40 arası
– Analoji sahədə  5 il iş təcrübəsi;
– Azərbaycan, Rus və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
– Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
– Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, təşkilatın  biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
– Tabeçiliyində olan işcilər tərəfindən vəzifə öhdəliklərinin  icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
– Yeni və mövcüd məhsulların və xidmətlərin təşkilatın  strateji və əməliyyat planlarına uyğun olaraq yaradılması və inkişafını təmin edilməsi;
– Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
– Təşkilatda qüvvədə olan biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
– Təşkilatın satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;
– Təşkilatda  müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.