Dephi proqramlaşdırma dili üzrə mütəxəssis

  • BMS Global
  • Elanın qoyulma tarixi: 04.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerləşmə: Azərbaycan

Hal-hazırda, aşağıda göstərilən bacarıqları olan Technical Consulting şöbəsində Proqramlaşdırma konsaltinq rolunda potensial namizədlər axtarılır:

Vəzifə öhdəlikləri:

• Cari ERP proyektlərin təkmilləşdirilməsi
• Biznes proseslərin idarə olunmasının asanlaşdırılması
• Biznes tələblərin optimal həll edilməsi
• Biznes  tətbiqinin effektiv həyata keçirilməsi
• Biznes tələblərə cavab verən həll yollarının inkişaf etdirilməsi
• Biznes problemləri və həllin tələblərini yenidən istifadə edilə bilən texnoloji həllər ilə uyğunlaşdırılması
• ERP həllər üzrə proseslərin planlaşdırılması, inkişaf etdirilməsi, sənədləşdirilməsi və dəstək verilməsi
• Biznes strategiyaları və arxitektura tövsiyələrinin yaradılması
• Boşluqların müəyyənləşdirməsi, dəstəklənə və təkrarlana bilən metodologiyalardan istifadə edilərək həll edilməsi
• Problemlərin müəyyənləşdirilməsi, izlənilməsi, həll edilməsi və qarşısının alınması

Tələblər:

• Müvafiq sahədə ali təhsilli olmalı;
• Tələb olunan sahə üzrə ən az 2 il iş təcrübəsi olmalı
• Delphi, MS-SQL, API( Web Service,TCP,UDP və s.) üzrə proqramlaşdırmada təcrübəli
• Ümumi İT bilikləri (Verilənlər bazası, Server və s.)

Səriştələr:

• Şifahi ünsiyyət bacarığına malik olmalı
• Komanda ilə işləməyi bacarmalı
• Gərgin iş şəraitində işləməyi bacarmalı
• Öz üzərində işləməyi bacarmalı

Üstünlük verilir:

• ERP sahəsində təcrübə
• Kompleks analitik və texniki məsələlərin diaqnostikasında, idarə olunmasında və həllində göstərdiyi uğurlar
• Proqramlaşdırma sahəsində sertifikatlar
• Xaricdə ali tahsil

Dil bilikləri:

• İngilis dili – yaxşı

Müraciət üçün CV-nizi  [email protected] emailinə göndərməyinizi xahiş edirik.

Vakansiyalar üzrə son müraciət tarixi  10 may 2018 – cil il  .
Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində tanış olmaq mümkündür.
http://www.bmsgl.com/career/