Polimer Sənaye Parkı MMC Azərbaycanda 2012-ci ildən Polimer Sənayesi sahəsində fəaliyyət göstərir. Çox böyük çeşiddə Dünya standartlarına cavab verən plastik su və kanalizasiya boru və fitinqləri, elektrik və qaz xətti boruları və s. istehsalı ilə məşğul olan ən böyük müəssisələrdən biridir. Yaxın gələcəkdə Mebel və Qapı sənayesində fəaliyyətə başlayacağıq. Bu sahədə müxtəlif vəzifələr üzrə təcrübəli kadrlar axtarışındayıq. Yeni komandamız cavan, məsuliyyətli, məqsədyönlü və peşəkar heyətdən təşkil edilmişdir.
Vəzifə: Elektromexanik
Şirkət: PolimerSənayeParkı MMC
Sahə: Polimer sənayesi, qapı və mebel istehsalı
Vəzifə öhdəlikləri:
• Dəzgahlarda baş verən mexaniki, elektronik problemlərin tez və oprativ surətdə aradan qaldırılması
• Dəzgahlara xidmət işlərinin (yağlama, texniki baxış və s.) qaydaya salınması və vaxtında yerinə yetirilməsi
Tələblər:
• Ali texniki təhsil
• Minimum 3 il əlaqəli iş təcrübəsi
Polimer Sənaye Parkı MMC-nin Baş ofisi Sumqayıtda yerləşir.
Vakansiyaya [email protected] ünvanına mövzuda “Elektromexanik” qeyd etməklə müraciət edə bilərsiniz.