Şirkət haqqında
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Təchizat şöbəsinin müdiri
Təcrübə müddəti: Müvafiq vəzifə üzrə 3 il iş təcrübəsi
Təhsil: Ali
İxtisas Bilikləri və Bacarıqlar:
İdarəetmə bacarığı
Rus və ingilis dili bilikləri üstünlükdür
Yerli və xarici bazarda qiymət araşdırmasının aparılması
Təzyiq altında işləmək bacarığının olması
Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə
VƏZİFƏ FUNKSİYALARI:
Baş ofislər, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq
Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək
Təchizatçı firmalarla danışıqlar aparmaq
Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq
Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək
Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək
İş qrafiki: 5 günlük
İş yeri: Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Təchizat şöbəsinin müdiri" qeyd edilməsi xahiş olunur.