Şirkət haqqında
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Avtomobil ehtiyat hissələrinin təmiri üzrə mütəxəssis (təchizatçı)
Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Təhsil: Orta (Ali təhsilə üstünlük verilir)
İxtisas Bilikləri və Bacarıqlar:
Avtomobil ehtiyat hissələri üzrə biliklər
Avtomobil ehtiyat hissələrinin Satışı və ya Təchizatında iş təcrübəsi üstünlükdür
İngilis dili biliyi üstünlükdür
Excel biliyi
Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)
Kompyuter Bilikləri: MS Office proqramları (Excel biliyi)
VƏZİFƏ FUNKSİYALARI:
Avtomobil ehtiyat hissələrinin təmir yerlərinin qiymət araşdırması, təkliflərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi
Şirkətin müxtəlif tipli avtomobillərinin ehtiyat hissələrinin təmir etdirilməsi
Vəzifə üzrə rəhbərliyin tapşırdığı digər işlərin icra edilməsi
İş qrafiki: 5 günlük
Yaş həddi: 24 - 45
İş yeri: Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Avtomobil ehtiyat hissələrinin təmiri üzrə mütəxəssis (təchizatçı)" qeyd edilməsi xahiş olunur.