Elektrik təchizatı işləri üzrə Mühəndis - Layihəçi
Təklif edilən maaş: 800 AZN
Yaş: 25 - 40 yaş
Təhsil: Ali
İş təcrübəsi: minimum 3 il
Cinsi: Kişi
İş günü: 6 günlük
İş saatları: 09:00-18:00
İstirahət günü: Bazar günü
İş barədə məlumat
Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi:
Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
Elektrik yükünün hesablanması;
Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
Namizədə tələblər
Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
Elektrik sxemlərini tərtib etmək bacarığı;
Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat (Sənəd);
Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dilinin bilməsi;
Kompyuter bilikləri – AutoCAD əla bilməli; 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir.
MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
Komandada işləmə bacarığına malik olmalı;
Diqqətli və dəqiq olmalı;
İşgüzar və məsuliyyətli olmalı;
Təzyiq altında işləməyi bacarmalı.
E-mail: [email protected]