Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan
Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Direktor köməkçisi
Təcrübə müddəti: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
İxtisas Bilikləri və Bacarıqlar:
Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
Prioritetyönümlülük
Yüksək təşkilatçılıq bacarığı
Kompyuter Bilikləri: MS Office kompüter proqramından istifadə etmək bacarığı
VƏZİFƏ FUNKSİYALARI:
Müxtəlif tapşırıqların yerinə yetirilməsi, sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi
Rəhbərin iştirakı ilə toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması
Rəhbərin diktə etdiklərinin yazıya köçürülməsi.
Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu
Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması; ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi
Ezamiyyətlər üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması
Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi
İş qrafiki: 5 günlük
Cinsi: Qadın
İş yeri: Bakı şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Direktor köməkçisi" qeyd edilməsi xahiş olunur.