Hüquqşünas

  • Company
  • Elanın qoyulma tarixi: 12.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: Hüquqşünas

İş yeri: Bakı şəhəri

Əsas vəzifə və öhdəliklər:

• Müqavilə layihələrinin hazırlaması, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasının aparılması və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi;
• Məhkəmələrdə, digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında şirkətin qanuni mənafeyinin müdafiəsinin həyata keçirilməsi;
• Dövlət qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılması və  araşdırılması;
• Müqavilələrin reyestrinin aparılması;
• Şöbəyə aid müxtəlif hesabatların hazırlanması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramlar

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquqi təhsil.
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Hüquqşünas" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.