İşə qəbul üzrə Aparıcı Mütəxəssis

  • Delta Group
  • Elanın qoyulma tarixi: 04.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır.

“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. Müəssisə üzrə iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Müəssisənin “Bismak” markası ilə istehsal etdiyi şirniyyat və un məmulatları yerli  bazarın lideridir. Almaniyanın Werner&Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş “Çörəkçi” zavodu  şirniyyat çeşidləri, buğda tərkibli çörək çeşidləri, çovdar tərkibli çörək çeşidləri istehsal edilir, zavodun gündəlik istehsal gücü 150 tondur.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət  “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur. 

http://delta-group.az/

Vəzifənin adı: İşə qəbul üzrə Aparıcı Mütəxəssis

Təcrübə müddəti: Müvafiq sahə üzrə minimum 2 il təcrübə

Təhsil: Ali təhsil

İxtisas Bilikləri və Bacarıqlar: "Müsahibə üsulları, namizəd axtarış kanalları, işə qəbul testlərinin növləri barədə nəzəri biliklərin olması
İşə qəbul matrislərindən istifadə qabiliyyəti"

Dil Bilikləri: Azərbaycan, İngilis, Rus

Kompyuter Bilikləri: Mc Office

VƏZİFƏ FUNKSİYALARI:

Şirkətin kadr planını hazırlamaq və işçi tələbini müəyyən etmək;
İşçi tələblərinin iş yükünə uyğunluğuna nəzarət etmək;
Vakansiya elanı, CV-lərin qəbulu, kreteriyalara uyğun namizədlərlə əlaqəni təmin etmək;
İşə qəbul prosesisinin mərhələləri üzrə namizədin qiymətləndirilməsini təşkil etmək;
İşə qəbul nəticələri barədə namizədləri xəbərdar etmək;
Testləri doğruluq və keçərlilik prinsipləri əsasında yoxlamaq;
İşə qəbul olunan işçilərin adaptasiya təlimində iştrakını təmin etmək;
İşçinin sınaq müddətini izləmək, sınaq dövrü qiymətləndirmə formasına əsasən qeydləri aparmaq;
Namizədlər bazasının daim yeniləmək;
İşə qəbul matrisləri vasitələri ilə hesabatlar hazırlamaq;
Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək."

Əmək haqqı: 850 Net

İş qrafiki: I-V günlər (09:00-18:00)

Yaş həddi: 23-30 yaş

İş yeri: Sumqayıt şəh. (Nəqliyyat və nahar şirkət tərəfindən qarşılanır, əlavə olaraq tibbi sığorta+HYS)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "HR Aparcı Mütəxəssis" qeyd edilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi