Tibb Bacisi

İşin təsviri

TİBB BACISI

İŞİN MƏQSƏDİ

Məktəbin tibb bacısının işi başlıca olaraq xəstəlik və xəsarətlərin qarşısının alınması, sağlamlıqla bağlı problemlərin vaxtında aşkarlanması və onların aradan qaldırılmasından ibarətdir. Məktəbin tibb bacısı xəstəliklərin profilaktikası, sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və həkimə göndəriş prosedurları üzrə ixtisaslaşmalıdır.

Məktəbdaxili tabeçilik

- Birbaşa məktəbin həkiminə hesabat verir.
- Yardımçı komandanın üzvüdür.

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

- Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi;
- Xəstəliklə bağlı vəziyyətə müdaxilə, onun aradan qaldılması və davamlı müşahidəsi;
- Sağlamlıq üzrə ümumi məlumatların hazırlanması, saxlanılması və yenilənməsinə görə məsuliyyət;
- Məktəbin sağlamlıq üzrə siyasətinin, prosedurların və daxili fəaliyyət qaydalarının hazırlanması/yenidən baxılmasında köməklik;
- Məktəb binası üçün ilk yardım çantasının hazırlanması;
- Valideynlər tərəfindən peyvənd təqviminin yerinə yetirilməsinə nəzarət;
- Ağır hallar/travmalar barədə həkimə məlumatın verilməsi/baş vermiş tibbi hadisələrlə bağlı həkim tərəfindən məsləhətin alınması;
- Həkim tərəfindən müəyyən edilən digər öhdəliklərin yerinə yetirilməsi.

PEŞƏKAR TƏLƏBLƏR

Təhsil və təcrübə:
- Peşəkar tibb bacısı ixtisası üzrə diplom;
- Peşəkar tibb bacısı kimi uşaq tibb müəssisəsində ən azı 3 il iş təcrübəsi;
- Səhiyyə Nazirliyinin Sertifikasiya İmtahanından keçməsini təsdiq edən yararlı şəhadətnamə.

Fərdlərarası münasibətlər üzrə bacarıqlar:
- Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
- Münaqişələrin həll olunması bacarığı; məxfiliyin saxlanması; başqalarının sözünü kəsmədən dinləmək bacarığı; hislərini cilovlamaq bacarığı: pozitiv komanda ruhu yaratmağa səy göstərmək bacarığı;
- Xoşagəlməz söhbətlərə və qeybətə yol verməmək, dostcasına davranmaq və düzgün rəftar etmək bacarığı;
- Cəld və dəqiq işləmək bacarığı;
- Müxtəlif maneələr və fasilələr olmasına baxmayaraq yaxşı mühakimə yürütmək və işini yaxşı yerinə yetirmək.

Dil bacarıqları:
- Yüksək səviyyədə Azərbaycan dilində şifahi və yazılı şəkildə ünsiyyət qurmaq bacarığı.
- İngilis dili bilikləri.

Kompüter bacarıqları:
- Kompüter bilikləri (Word, Excel), internet və elektron poçtdan istifadə bacarıqları.

ƏRİZƏLƏRİN QƏBULU QAYDASI

Maraqlanan şəxslər niyyət məktubu ilə təhsil və təcrübəsini əks etdirən CV-ni [email protected] elektron poçt ünvanına göndərə bilər. Niyyət məktubu olmayan CV-lərə baxılmayacaq. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərin hansı elan üzrə verildiyi qeyd edilməlidir. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Sənədlərin təqdim edilməsinin son tarixi: 21 fevral 2018-ci il

Avropa Azərbaycan Məktəbi barədə

“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi (EAS) Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş özəl məktəbdir və 2011-ci ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Məktəb Beynəlxalq Bakalavriat (IB) kimi beynəlxalq proqramları təklif edir, eyni zamanda Azərbaycanın Milli Kurikulumunun tələblərini də yerinə yetirir. EAS Avropa Beynəlxalq Məktəblər Şurası (ECIS), Yeni İngiltərə Məktəblər və Kolleclər Assosiasiyası (NEASC), Kembric Beynəlxalq İmtahan mərkəzinin üzvüdür və hazırda Beynəlxalq Məktəblər Şurasının (CIS) akkreditasiya prosesinin son mərhələsini keçməkdədir.