B2B Satış Meneceri

İşin təsviri

166 Yükdaşıma və Logistika şirkəti “B2B Satış Meneceri” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

 Bazar araşdırmasının aparılması, müştəri bazasının genişləndirilməsi və korporativ əməkdaşlıq üçün müştərilərin tapılması;
 Korporativ müştərilərə şirkətin xidmətləri, tarifləri haqqında məlumatların verilməsi və onlara əməkdaşlıq təklif edilməsi;
 Sifarişlər, problemlər, hesabatlar, ödənişlər daxil olmaqla müştərilərlə bağlı bütün əməliyyatların icra edilməsi və izlənməsi;
 Korporativ müştərilərə göstərilən xidmətin kefiyyətinin mütəmadi izlənməsi;
 Rəhbərliyə korporativ müştərilərlə bağlı fəaliyyət hesabatının verilməsi.

Namizəddə Tələblər:

 Ali təhsil;
 Korporativ satış üzrı minimum 2 il iş təcrübəsi;
 Azərbaycan və rus dilləri üzrə səlis danışıq qabiliyyəti (ingilis dili arzuolunandır);
 Təqdimat, satış və analizetmə bacarığı;
 MS Office üzrə bilikləri

Maraqlanan namizədlər CV’lərini mövzu başlıq yerinə “B2B Satış Meneceri” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi