Operating Dealing Company MMC üçün Problemli kreditlərin qaytarılması üzrə Mütəxəssis vəzifəsinə Bakı və Sumqayıt şəhərləri üzrə işçilərin qəbulunu elan edir.
Tələblər
-Ali təhsil
-Problemli kreditlər və kredit sahəsində ən azı 2 il iş təcrübəsi
-Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə ,məsuliyyət ilə yerinə yetirmək
-Stress altında işləmək qabiliyyəti və çətin vəziyyətlərin həlli yollarının müəyyən edilməsi
-Məsuliyyətlilik,düzgünlük,dəqiqlik və etibarlıq kimi müsbət göstəriciləri olmalı
-Müştərilər ilə yaxşı ünsiyyət,rabitə və komanda ilə işləmək bacarığı
-Şəxsi avtomobilinin olması
Əsas vəzifə öhdəliklər
-Müştərilərin axtarışı təşkil etmək və borclunun bütün mümkün əlaqələrini araşdırmaq
-Gecikmə səbəblərinin araşdırılması və müştərilər ilə əlaqələrin bərpa edilməsi
-Borcların qaytarılması üçün kompleks tədbirlərin görülməsi,borclu müştərilər ilə ödənişin təmin edilməsi
-Qət edilmiş məhkəmə qərarları üzrə hər bir borclunun ödənişini təmin etmək üçün aidyyatı məhkəmə icraçıları ilə işlərin görülməsi və borclunun ünvanı ilə icra məmurları ilə bir arada daim əlaqə saxlayıb borcları borcludan tələb etmək
-Rəhbərlik tərəfindən tapşırılan vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək
“Operating Dealing Company” MMC peşakar komanda yaradır ,mütəxəssislərin ixtisaslarını artırılması ,motivasiya və sosial müdafiəsinin qayğısına qalır.
Tələb olunan vakansiya üzrə uyğun gələn namizədlər şəkilli cv-lərini 25.02.2018 ci il tarixinədək e-mail: [email protected] vasitəsi ilə göndərsinlər.